Sumqayıt Tibb Mərkəzinə daxil olan müraciətlərin statistikasını açıqlayıb. Sumqayıt24 bu haqda 19 avqust tarixində xəbər verir.
İyunun 1-dən indiyədək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında dənizdə sudan boğulma ilə bağlı ümumilikdə yeddi çağırış qeydə alınıb. Dörd nəfərin həyatı xilas edilib.
Zərərçəkənlərə yerində yardım göstərilib və onlar Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar. Üç nəfər isə suda boğulub.