Sumqayıtda “CHAdeMO to GB/T adapter 125A” ötürücülərinin tətbiqinə başlanılıb. Sumqayıt24 bu haqda 19 avqust tarixində xəbər verir.
“Azpetrol” şirkəti çoxsaylı müraciətləri nəzərə alaraq, Çin istehsalı olan elektrik mühərrikli avtomobillər üçün də nəzərdə tutulan yeni ötürücüləri Sumqayıt dairəsindəki filialında quraşdırıb.
Burada müştərilərə elektrik mühərrikli avtomobilləri 30-40 dəqiqəyə enerji ilə təmin edən 50 kVt gücündə “DC Charging” avadanlıqları təklif olunur.
Qiymətə gəldikdə ilk 30 dəqiqə enerji doldurma 3,50, növbəti 30 dəqiqə isə 2,20 manatadır.
[modula id="40955"]