Sumqayıtda itkin düşən kişi axtarılır. Sumqayıt24 bu haqda 2 noyabr tarixində xəbər verir.
26 yaşlı hərbçi İlkin Kərimov 9-cu mikrorayonda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Məlumata görə, onun psixoloji problemi var. Faktla bağlı polisə məlumat verilib.
Onu görənlərdən (055) 875-32-45 nömrəsinə və Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə bildirmələri xahiş olunur.
“Zəhmət olmasa, onu görsəniz, yaxınlaşmayın, sadəcə izləyin və zəng edin”, – deyə müraciətçi vurğulayıb.