Sumqayıtda atmosferdə tozlu hava şəraiti müşahidə olunur. Bu haqda 1 may tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.
Buna səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi olub. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.