Sumqayıtın Nəriman Nərimanov küçəsində qəza olub. Sumqayıt24 bu haqda 26 avqust tarixində xəbər verir.
Hadisə 25 avqust axşam saatlarında baş verib. “Opel” markalı avtomobil işıqforun önündə durarkən ona arxadan gələn digər eyni markalı maşın çarpılıb. Nəticədə nəqliyyat vasitələrinə yüngül ziyan dəyib.
Məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.