Sumqayıtda kişi faciəvi şəkildə ölüb. Sumqayıt24 bu haqda 6 sentyabr tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə elektrik yarımstansiyalarının birində baş verib. 27 yaşlı Elşən Quliyev elektrik naqili ilə işləyən zaman onu cərəyan vurub. Kişi yerindəcə keçinib.
Məlumata görə, o, bir müddət əvvəl ailə qurmuşdu.