Sumqayıt Gənclər evində kub-art tədbiri keçiriləcək. Sumqayıt24 bu haqda 10 iyul tarixində xəbər verir.
Tədbir 12 iyul saat 11:00-da AKA Sumqayıt qrupunun rəhbəri və SDGT üzvü İsmayıl Əsədov tərəfindən təşkil olunacaq.
Kub-art çox sayda Rubik kubları ilə rəsm əsərlərinin hazırlanmasından ibarət yeni bir incəsənət növüdür. İspaniyalı Luis Yanez tərəfindən yaradılıb və "piksel art" ilə oxşardır.
Tədbirə tamaşaçı qismində akt zalında baxa bilərsiniz.