Sabahdan hava şəraiti dəyişəcək. Sumqayıt24 bu barədə 25 iyun tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Sumqayıtda iyunun 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağışın leysan xarakterli olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.