Yaşayış binasında yanğın olub. Sumqayıt24 bu haqda 27 may tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə dünən axşam saatlarında baş verib. Ümumi sahəsi 25 kv.m olan bir otaqlı mənzilin mətbəxində 2 p.m mebel və paltaryuyan maşın yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 2 kv.m sahədə qarsalanıb.
Mənzil mühafizə olunub. FHN-in əməkdaşları alovun qarşısını alıblar.