Sumqayıtda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 3 may tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Qəza Azərbaycan prospekti ilə N. Nərimanov küçəsinin kəsişməsində qeydə alınıb. “Kia” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çarpılıb və nəticədə aşıb. Hadisə zamanı sürücü ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.