Sumqayıtda ikinci “McDonald’s”ın açılışı baş tutub. Sumqayıt24 bu haqda 24 iyun tarixində xəbər verir.
Məşhur restoran “Göyərçin” abidəsinin yanında yerləşir. Burada ümumi zalla yanaşı, terras da var. Restoranda, həmçinin “McCafe” də fəaliyyət göstərir.
Qeyd edək ki, bu filialda 70-dən çox vətəndaş işlə təmin edilib.