Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu haqda 14 may tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Köç karvanı bu gün, mayın 14-də Bakının Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə Şuşaya Sumqayıt şəhərindən 2 ailə (10 nəfər) köçürülür.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülüb.