Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu haqda 22 yanvar tarixində Sumqayıt24 məlumat verir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Sumqayıt şəhərlərindən 4 ailə (15 nəfər) Füzuli şəhərinə köçürülüb. Artıq doğma yurduna qayıdan ailələrə mənzillərin açarları təqdim edilib.
Bununla da Füzuli şəhərində 440 ailə, yəni 1625 nəfərin daimi məskunlaşması təmin edilib.