Sumqayıtda STEM əsaslı açıq dərs keçiriləcək. Bu haqda 1 iyul tarixində Sumqayıt24 “Perla Language Center”ə istinadən məlumat verir.
Açıq dərs 10 iyul saat 12:00-da “Perla Language Center”də təşkil olunacaq. İştirak ödənişsizdir və qeydiyyat əsasında həyata keçirilir.
Qeyd edək ki, STEM əsaslı təlim elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədini daşıyır.
Əlaqə: (077) 321 77 57.
Ünvan: Sülh Plaza, 5-ci mərtəbə, 508-ci otaq.