Sumqayıt Dövlət Rəsm Qalereyasında görüş keçirilib. Sumqayıt24 bu haqda 24 fevral tarixində xəbər verir.
Məqsəd milli-mənəvi dəyərlərin və Azərbaycan xalq sənətkarlığının qorunub saxlanılması və nəsillərə çatdırılmasıdır. Tədbirdə xalçaçılıq, keçəçilik, milli geyim, keramika, döymə sənəti və digər incəsənət növləri ilə məşğul olan Sumqayıt sənətkarları iştirak ediblər. Onlar qədim sənət nümunələrinin, xalq yaradıcılığının inkişafında və gələcək nəsillərə çatdırılmasında bundan sonra da çalışacaqlarını bildiriblər.