Sumqayıtda beş nəfər zəhərlənib. Sumqayıt24 bu haqda 25 iyun tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə 76-cı məhəllədə qeydə alınıb. Şəhər sakinləri – 43 yaşlı Kəmalə Mənsimova, 49 yaşlı Könül Şərifova, 43 yaşlı Qəribə İsrafilova, 46 yaşlı Şəfa Gülməmmədova və 38 yaşlı Zülfiyyə Maralova işlədikləri müəssisədə dezinseksiyadan zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
Fakt araşdırılır.