Sumqayıt şəhəri, Sülh küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 4 sentyabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
"Dodge" markalı nəqliyyat vasitəsi qarşısında hərəkət edən "Mercedes" markalı avtomobilə çarpılıb. Qəza nəticəsində “Mersedes”də olan 1 nəfər yüngül xəsarət alıb. Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.