Sumqayıt şəhəri, Koroğlu küçəsində yol qəzası qeydə alınıb. Bu haqda 25 may tarixində Sumqayıt24 xəbər verir.
Saat 16:20 radələrində sözügedən küçədə gümüşü və qara rəngli “Mercedes” markalı avtomobillər toqquşub. Qəza xəsarətsiz ötüşüb.
Şahidlərin sözlərinə görə, günah gümüşü nəqliyyat vasitəsinin sürücüsündə olub.