Sumqayıtda iki küçənin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 10 iyul tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə şəhərin 20 yanvar və N. Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb. “Lexus” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə “BMW” idarəetmədən çıxaraq səkiyə çarpılıb və aşıb.
Qəza zamanı “BMW”-nin sürücüsü, 20 yaşlı Aydın Məmmədov yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.