Sumqayıtda baş vermiş ağır avtoqəza zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb. Bu haqda 3 iyul tarixində Sumqayıt24 Apa-ya istinadən məlumat verir.
Hadisə iyulun 1-i gecə saatlarında Koroğlu prospektində qeydə alınıb. Nəqliyyat vasitələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çarpılıb.
Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin müvafiq şöbələrində 5 nəfərin müalicəsi davam etdirilir.
Onlardan 1 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti isə stabildir.