Sabaha olan hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 9 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Sumqayıtda mayın 10-da havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz isə 40-50% olacaq.