Sumqayıtda itlər quduzluğa qarşı peyvəndlənib. Sumqayıt24 bu haqda 24 iyun tarixində DünyaTV-yə istinadən xəbər verir.
Aksiya Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərin qurduğu sığınacaqda təşkil olunub. Öncə sahibsiz itlərə kliniki baxış keçirilib, sonra isə onlar peyvəndlənib. Həmçinin ərazi dezinfeksiya edilib.
İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevin sözlərinə görə, gələcəkdə küçə heyvanlarının şəhərdən kənarlaşdırılaraq saxlanılması üçün müvafiq yerin ayrılması istiqamətində işlər aparılacaq.