Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində tədbir keçirilib. Sumqayıt24 bu haqda 17 fevral tarixində xəbər verir.
Mərasim İkinci Qarabağ müharibəsi şəhidi Akif Cabbarovun xatirəsinə həsr olunub. İlk növbədə müəllim kollektivi şəhidin məzarına baş çəkib. Tədbirdə qəhrəmanımızın yaxın qohumları və şəhid anaları iştirak ediblər.
Burada Akif Cabbarovla yanaşı, Səbuhi Həsənquliyev, Elgün Abbaslı, Elmar Nəsibov, 1-ci Qarabağ müharibəsi şəhidi Sərdar Həsənovun da xatirəsi anılıb.
Sonda məktəbin fəal şagirdləri konsert proqramı ilə çıxış ediblər.