Sumqayıtda “Zəfərin Şahidləri” adlı sərgi keçirilib. Sumqayıt24 bu haqda 27 iyun tarixində xəbər verir.
Təşəbbüs 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən göstərilib. Burada 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin şəxsi əşyaları sərgilənib.
Tədbirdə şəhid ailələri, könüllülər, əməkdaşlar və vətəndaşlar iştirak ediblər. Könüllülər qonaqları şəhidlərin həyatı və şəxsi əşyaları barədə məlumatlandırıblar. Bundan əlavə, vətəndaşların şəhidlər haqqında məlumat əldə etmələri üçün QR-kodlar yaradılıb.