Sumqayıtda polietilen tullantıların təkrar emalı sexində yanğın baş verib. Bu haqda 31 yanvar tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
3 boksdan ibarət sexin içərisində 50 kv.m sahəyə yığılan polietilen tullantılar və 1 ədəd üyütmə dəzgahı yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.