"Sumqayıt Taxıl EM" MMC-yə inzibati xəta protokolu tərtib edilib. Sumqayıt24 bu haqda 27 sentyabr tarixində Fed.az-a istinadən xəbər verir.
Gömrük qaydaları əleyhinə olan protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb. Maddəyə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilirlər.
İşi Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahov araşdıracaq.