Sumqayıt şəhərində suyun xəbərdarlıq edilmədən kəsildiyi iddia olunur.
Bu barədə Sumqayit24.az-a 48-ci məhəllə, 8 saylı binanın sakinləri məlumat veriblər.
Qeyd olunub ki, bu gün saat 10:00-dan etibarən binada suyun verilişində xəbərdarlıq edilmədən məhdudiyyət yaranıb.
Sakinlərin sözlərinə görə, suyun kəsilməsi gündəlik məişət işlərində çətinlik yaradıb.
Məsələ ilə bağlı Sumqayit24.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən açıqlama verilib.
"Suyun verilişində yaranan fasilə qəza ilə əlaqədardır. İşlər yekunlaşır", – deyə qurumdan bildirilib.