Sumqayıtın 41-ci məhəlləsində minik avtomobili yanıb. Bu haqda 13 may tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Şəhər sakini, 52 yaşlı Səbinə Ağayevanın idarə etdiyi təlim mərkəzlərinin birinə məxsus “Kia” markalı avtomobil yanıb.
Hadisə yerinə yanğınsöndürənlər və xüsusi texnika cəlb olunub. Alov söndürülüb.