Sumqayıt Dövlət Universiteti (SDU) məzun günü keçirəcək. Sumqayıt24 bu haqda 28 iyun tarixində xəbər verir.
Təhsil ocağı məzunları ilə təntənəli şəkildə vidalaşacaq. Tədbirdə sənətkarlar Nargis, Ayna Band, Kadir Özel, Cavidan Fatihi, Araz Rafail, The Eyl, Jafar, Etimat və Samy çıxış edəcəklər.
Məzun günü şənliyi 28 iyun saat 17:00-da başlayacaq.