Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yarımçıq işlərin görüldüyü iddia olunur.
Bu barədə Sumqayit24.az-a qəsəbənin Cənub küçəsində yaşayan sakinləri məlumat veriblər.
Vətəndaşların iddiasına görə, bir müddət əvvəl ərazidə kabel xəttinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılıb. Lakin işlər başa çatdıqdan sonra qazıntı aparılan ərazilərin əvvəlki vəziyyətinə qaytarılmadığı, hətta lüklərdən birinin ağzının tam bağlanmadığı bildirilir.
Sakinlər qeyd edirlər ki, mövcud vəziyyət yağışlı havalarda yolun keçilməsini çətinləşdirir, açıq qalan lük isə xüsusilə uşaqlar üçün təhlükə yaradır.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və yaranmış problemin aradan qaldırılmasını xahiş edirlər.