Sumqayıtda iki uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda 27 yanvar tarixində xəbər verir.
Hadisə bu gün gecə yarısında baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olan məlumat əsasında xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib. Nəticədə nəzarətsiz qalmış azyaşlılara köməklik göstərilib.