Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 40-a çatıb. Sumqayıt24 bu haqda 23 fevral tarixində xəbər verir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Sənaye parkı "Azermirror" MMC-yə rezident statusu verilib. Şirkət alüminium təbəqəli vərəqə güzgü istehsal edəcək.
“İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir qeyd edib.