Sumqayıtda avtomobil piyadanı vurub. Sumqayıt24 bu haqda 26 iyun tarixində Den.az-a istinadən xəbər verir.
Hadisə 25 iyun axşam saatlarında 17-ci mikrorayonda baş verib. Şəhər sakini, 42 yaşlı Reyhanə Balayeva “Ucuz” marketinin qarşısında yolu keçərkən onu avtomobil vurub.
Qadın ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Araşdırma aparılır.