Dezinfeksiyadan zəhərlənən qadınların vəziyyəti açıqlanıb. Sumqayıt24 bu haqda 25 iyun tarixində Oxu.az-a istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, hadisə 76-cı məhəllədəki müəssisədə baş verib. TƏBİB-dən bildirilib ki, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 7 şəxsə inhalyasiyon zəhərlənmə diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardımlar göstərilib:
“2 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Digərləri isə tibbi yardımlardan sonra ambulator müalicə üçün evə buraxılıblar".