Sumqayıt səhiyyəsinə ağır itki üz verib. Bu haqda 13 may tarixində Sumqayıt24 Sumqayit.tv-yə istinadən məlumat verir.
Tanınmış həkim Riayət Hacıyev ötən gün uzunsürən xəstəlikdən sonra 68 yaşında dünyasını dəyişib.
Riayət Hacıyev uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində infeksionist həkim kimi fəaliyyət göstərib.