Sumqayıt şəhərinin bir sıra yollarında hərəkət məhdudlaşdırılıb. Bu haqda 23 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Hal-hazırda Sülh küçəsində şəhərə giriş istiqaməti, eləcə də şəhərdaxili bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaşanır.
Məlumata görə, Prezident İlham Əliyev bir neçə məkanın açılışında iştirak edəcək.