top
Sumqayıtın təhsil işçiləri qarşıda duran hədəflərdən danışıblar
27 avqust 2026, 15:05
- ↺ +

Sumqayıtın təhsil işçiləri qarşıda duran hədəflərdən danışıblar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Sumqayit24.az xəbər verir ki, tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və digər təhsil işçiləri iştirak ediblər.

Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ötən tədris ilinin nəticələrindən danışaraq Sumqayıt üzrə əldə olunan uğurları diqqətə çatdırıb. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə idarəetmənin təkmilləşdirilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində irəliləyişlər əldə olunub. Şagirdlərin respublika və beynəlxalq müsabiqə və olimpiadalardakı uğurları da qeyd edilib.

İlhamə Abdullayeva qarşıdakı dövrdə müəllimlərin peşəkar inkişafı, innovativ təlim metodlarının tətbiqi və rəqəmsal imkanlardan səmərəli istifadənin əsas prioritetlərdən olacağını vurğulayıb.

Teymur Səmədov çıxışında təhsilin cəmiyyətin inkişafındakı mühüm rolundan danışıb. O, dövlətin təhsil sahəsinə diqqət və qayğısını vurğulayaraq Sumqayıtda təhsil infrastrukturunun inkişafı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və şagirdlərin hərtərəfli inkişafı istiqamətində görülən işlərdən söz açıb.

İman Ağayev isə 2025–2026-cı tədris ili üzrə görülmüş işlərə dair hesabat təqdim edib. O, məktəblərdə əldə olunan nəticələri, şagird nailiyyətlərindəki dinamikanı və keyfiyyət yönümlü tədbirləri diqqətə çatdıraraq qarşıda duran əsas hədəfləri açıqlayıb.

Konfransda ötən tədris ilinin yekunları, mövcud problemlər və inkişaf istiqamətləri müzakirə olunub. Təhsilin keyfiyyətinin yüksəldilməsi, akademik nəticələrin yaxşılaşdırılması, müəllimlərin peşəkar inkişafı və rəqəmsal təhsil mühitinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.

Bildirilib ki, yeni tədris ilində Məktəb İnkişaf Planlarının tətbiqi genişləndiriləcək, akademik nəticələrin məlumatlara əsaslanan təhlili gücləndiriləcək və risk qrupunda olan məktəblərə məqsədyönlü dəstək göstəriləcək.

Konfrans qarşılıqlı müzakirələr və panel sessiyalarla davam etdirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Bu gün, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Bu gün, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Oxşar xəbərlər