Sumqayıt məktəbliləri fənn müsabiqələrində və məntiq olimpiadasında ümumilikdə 44 medal qazanıb. Sumqayıt24 bu haqda Abşeron - Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, şagirdlərimiz VII Respublika fənn müsabiqələrində 11 qızıl, 11 gümüş və 16 bürünc, Lütfi Zadə adına məntiq olimpiadasında isə 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.