Sumqayıtda uşaqlar bağlı qapı arxasında qalıblar. Sumqayıt24 bu haqda 21 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə ilə bağlı qurumun "112" qaynar telefon xəttinə məlumat verilib. FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal çağırış üzrə cəlb olunub. Xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış azyaşlılar xilas ediliblər.