Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi qəbul imtahanında yüksək nəticə əldə edib. Bu haqda 21 iyun tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Tədris ocağının 11-ci sinif şagirdi Cavid Nəzərov I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə 692.8 bal toplayaraq yüksək nəticə əldə edib.
Bu göstərici I ixtisas qrupu üzrə Azərbaycanda ən yüksək nəticə olub.