Sumqayıtda müəllimlər şəhid ailəsinə baş çəkiblər. Sumqayıt24 bu haqda 17 fevral tarixində xəbər verir.
Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin Fortepiano şöbəsinin müəllimləri Vətən müharibəsində şəhadətə ucalan gizir Elmar Nəsibovun məzarını ziyarət ediblər və evində olublar.
Qeyd edək ki, Elmar Nəsibov 12 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində gedən döyüşlər zamanı həlak olub.