Sumqayıtda daxili keyfiyyət təminatı sisteminin yaradılması ilə bağlı pilot layihə üzrə təlimlər təşkil olunub. Bu haqda 10 yanvar tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Seminarlar Sumqayıt şəhər üzrə Təhsil sektorunun və Tədrisin Keyfiyyəti sektorunun əməkdaşlarına keçirilib.
İlkin mərhələdə layihənin 15 ümumi təhsil məktəbində tətbiq olunacağı nəzərdə tutulur.