Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ekskursiyada olublar. Sumqayıt24 bu haqda 15 fevral tarixində xəbər verir.
Qrafik dizayner ixtisası üzrə təhsil alan gənclər "MOR" MMC-yə baş çəkiblər. Onlara bildirilib ki, şirkət 6 şöbədə – İstehsalat, Tikinti və Quraşdırma, Promosyon, Dizayn, Lazer/CNC və Maket sahələrində fəaliyyət göstərir.
Tələbələr reklam yazıları, loqoların hazırlandığı İstehsalat şöbəsində yerləşən alət və avadanlıqlarla, onların işləmə ardıcıllıqları ilə tanış olublar.
Sonda onlar Dizayn şöbəsində hazırlanan məhsula, avadanlığa kompüter sistemində dizayn verilməsi prosesini izləyiblər.