Sumqayıtda təmirdə olan məktəbdə yanğın baş verib. Bu haqda 21 avqust tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Üçmərtəbəli korpusun birinci mərtəbəsinin dəhlizində həcmi 25 litr olan boya ilə dolu qab və 2 kv.m. sahədə taxta tullantıları yanıb. FHN-in əməkdaşları tərəfindən alov söndürülüb.
Tədris ocağının binası yanğından mühafizə olunub.