Sumqayıt Tibb Mərkəzində yeni həkim fəaliyyətə başlayıb. Bu haqda 30 yanvar tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Tanınmış şüa diaqnostikası üzrə həkim Elim Yusupov STM-in nəzdində fəaliyyət göstərən 1 nömrəli Sumqayıt şəhər Xəstəxanasında çalışır.
O, 2001-2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin Tibbi biologiya fakültəsində təhsil alıb. 2006-2007-ci illərdə Sumqayıt şəhər 1 saylı Xəstəxanasında internatura keçib.
2007-2011-ci illərdə Xızı Rayon Mərkəzi Xəstəxanasında şüa diaqnostikası üzrə həkim vəzifəsində çalışıb.
2009-2023-cü illərdə müxtəlif özəl tibb müəssisələrində şüa diaqnostikası üzrə həkim vəzifəsində işləyib.