Sumqayıt Tibb Kollecində tədbir keçirilib. Sumqayıt24 bu haqda 25 iyun tarixində xəbər verir.
“Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan görüşə kollecin pedaqoji kollektivi və tələbələr qatılıblar. Tələbələr ətraf mühitə həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılmasından danışıblar.
Sonda mövzuya aid əl işi rəsm əsərlərinə baxılıb.