Sumqayıt Perinatal Mərkəzində yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları mövzularında maarifləndirmə tədbiri keçirilib. Bu haqda 22 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Tibb işçilərinin qatıldıqları tədbirdə iştirakçılara təhlükəsizliyi maksimum səviyyədə təmin etmək üçün qaydalara əməl edilməsinin vacibliyindən danışılıb.
Qeyd olunub ki, iş yerlərində mövcud təlimatlardan mütləq şəkildə istifadə olunmalıdır. Həmçinin zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.