H.Z. Tağıyev qəsəbəsində fəhlə faciəli şəkildə ölüb. Bu haqda 18 yanvar tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə “Archico” MMC tikinti şirkətində qeydə alınıb. 47 yaşlı Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.