Sumqayıtda avtomobildə yanğın olub. Bu haqda 5 fevral tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Yanğın Ü.Hacıbəyov küçəsində vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilində baş verib. Əraziyə cəlb olunan yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alov qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Nəqliyyat vasitəsinin qalan hissəsi yanğından mühafizə olunub.