Sumqayıtdan olan iş adamı dünyasını dəyişib. Bu haqda 1 fevral tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Ukraynada fəaliyyət göstərən iş adamı Çingiz Abbasovun qəfildən ürəyi dayanıb.
Çingiz Abbasov 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. O, uzun illər Ukraynada yaşayıb. Onun Donetskdə olan evi və obyektləri Ukrayna-Rusiya müharibəsi zamanı dağıdılıb. Xarkova köçən azərbaycanlı bir müddət idi ki, orada məskunlaşmışdı.